Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTO

İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.
Avtosfer.az xəbər verir ki, açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulmuş 1999-cu il təvəllüdlü qadının vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.
Həmin şəxs xarici vətəndaş olub. Daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.
Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.







(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















