Qətlə yetirilən tələbə qızlar ZORLANIBLAR ? – Rəsmi AÇIQLAMA

İstintaq Orenburq vilayətinin Qay şəhərində tibb kollecinin 3 qız tələbəsini öldürməkdə şübhəli bilinən şəxsin qətliamdan əvvəl təcavüz etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, bu barədə İstintaq Komitəsinin Orenburq vilayəti üzrə idarəsinin nümayəndəsi Radik Qalimov açıqlama verib.
Onun sözlərinə görə, kriminoloqlar bu versiyanı təsdiq etməyiblər. Hazırda şübhəli şəxslə bağlı istintaq hərəkətləri davam etdirilir.
İstintaq Komitəsi tezliklə cinayətin son versiyasını açıqlayacağına söz verir.
Digər məlumata görə, 17,18 və 19 yaşlı tələbə qızların qətlində şübhəli bilinərək saxlanılan 29 yaşlı Aleksandr Lazarev Orskda xəstəxanaya yerləşdirilib. Həbs edildikdən dərhal sonra vəziyyəti pisləşib və buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyiblər. Onun narkotik istifadəsi səbəbindən vəziyyətinin pisləşə biləcəyi ehtimal edilir. Lazarevin vəziyyəti sabitləşən kimi onunla lazımi istintaq hərəkətləri aparılacaq.
Qətlə yetirilən tələbə qızların meyitləri sentyabrın 30-da aşkar olunub.
İlkin məlumatlara görə, qatil onları mətbəx bıçağı ilə bıçaqlayıb. Lazarevin əvvəllər məhkum edildiyi və 2021-ci ilin iyulunda həbsdən çıxdığı da məlum olub. Molekulyar genetik müayinə onun cinayətdə iştirakını təsdiqləyib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












