Qəzalı vəziyyətdə olan binaların sayı açıqlanıb, İşçi qrup yaradılıb

Qəzalı vəziyyətdə olan binaların son statistikası açıqlanıb.
Avtosfer.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri üzrə 187 ünvanda yerləşən 6,1 min mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda yerləşən 464 mənzil və Gəncə şəhəri üzrə 11 ünvanda yerləşən 708 mənzil olmaqla, ümumilikdə qəzalı binalara dair 219 ünvan üzrə 7,3 min mənzillə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş siyahılar təhlil edilib, məsələnin həlli üzrə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İşçi qrup yaradılıb. Bakı şəhəri üzrə 92 ünvanda inventarizasiya işləri başa çatdırılıb, digərləri üzrə isə bu işlər müxtəlif mərhələlərdə davam etdirilir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












