Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir. Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir. Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb. Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - nazir əlavə edib. "Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə Y.Gülər söyləyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












