“QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir”

“Qeyri-hökumət təşkilatlarına ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur”.
“Report” xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Son bir neçə həftə bir daha təsdiqləyib ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum olub ki, guya kənd təsərrüfatına, əlillərin qayğısına qalmalı olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər ehtiyac duyduqda dərhal mitinqlərə çıxarılaraq milli maraqlara qarşı çıxdılar”, - Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək mitinqində deyib.
Qeyd edək ki, Tbilisidə, Rustaveli prospektində parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə dəstək aksiyası keçirir.
Artıq nümayişçilər qarşısında Gürcüstanın baş naziri İrakli Kobaxidze, partiyanın rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze, eləcə də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












