Qırıcıdan 17 dəfə sürətli iki böyük asteroid Yerə doğru uçur

Yerə doğru iki asteroid gəlir.
Ən böyük yaxınlaşma aprelin 28-i və mayın 9-da baş verəcək.
Aprelin 28-də ölçüsü təxminən 350-780 metr olan nəhəng asteroid Yer kürəsinin yaxınlığından uçacaq. Bu barədə “Newsweek” məlumat yayıb.
Asteroidin planetimizin yanından 37 000 km/saat sürətlə uçacağı bildirilir. Ancaq bundan cəmi bir neçə gün sonra potensial olaraq daha böyük olan başqa bir asteroidin də Yer kürəsinin yanından keçəcəyi qeyd edilir.
9 may 2022-ci ildə Yerə ən yaxın məsafədən keçəcək ikinci asteroidin təxmin edilən ölçüsü 380-860 metrdir. Onun sürəti daha da çox olacaq - təqribən 40 000 km/saat. İkinci asteroidin sürətinin tüfəngdən atılan güllədən on iki yarım dəfə və ya reaktiv qırıcıdan 17 dəfə çox olduğu bildirilir.
Daha əvvəl “Hubble” teleskopu iki qalaktikanın toqquşma anının fotosunu çəkmişdi. Qalaktik qarşılıqlı təsir VV689 sistemini, demək olar ki, tamamilə simmetrik edib və indi onlar nəhəng qalaktik qanadlara bənzəyir.
oxu.az
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












