Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO

Yəmən sahillərində gəmiyə hücum olub.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilir ki, hadisə Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş verib.
“Gəmi kapitanlarına ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.
Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırırlar.
Xatırladaq ki, bir neçə gün öncə “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum etdiklərini bildirmişdilər. Elə həmin gün ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır. Aprelin ortasında üsyançıların lideri Abdel Malik əl-Husi bildirmişdi ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı 98 gəmiyə hücum ediblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













