Qırx yaşlı ən cazibədar məşhurun adı məlum olub

Hollivud aktrisası və müğənni Cenifer Lopes 40-dan çox yaşlı ən cazibədar məşhur seçilib. Lopes bu titula "Glowday" estetik klinikaların axtarış sistemində istifadəçilər arasında keçirilmiş sorğuya əsasən sahib olub. Tədqiqatın nəticələrinə görə, Böyük Britaniyadan olan minlərlə xanımların 38%-i kamillik yaşına çatdıqda 51 yaşlı Lopes kimi görünmək istədiklərini bildiriblər. Eyni zamanda respondentlərin 34%-i digər bir aktrisanı – reytinqdə ikinci yerdə qərar tutmuş Cenifer Enistonu özlərinə kumir seçiblər.
Reytinqdə növbəti yeri isə 31% səslə 40 yaşlı televiziya ulduzu Kim Kardaşyan tutur.
Sorğu iştirakçıları dördüncü yerdə 52 yaşlı amerikalı aktyor Uill Smiti görüblər. Beşinci və altıncı yerləri isə müvafiq olaraq 28% və 23% səslə Bekhemlər cütlüyü – Viktoriya (46 yaş) və Devid (45 yaş) tutub.
Kişilər arasında ən cazibədar ulduzlar siyahısına Hollivud aktyorları Bred Pitt, Tom Kruz, Hyu Cekman, Tom Hardi və Corc Kluninin, xanımlar arasında isə - supermodellər Naomi Kempbell və Keyt Moss, teleaparıcı Tess Deyli və aktrisa Riz Uizerspunun da adları daxil edilib.
Xatırladaq ki, 2019-cu ilin aprel ayında İsveçin "velness" markası Foreonun keçirdiyi onlayn sorğu nəticəsində qocalandan sonra da gözəlliyini itirməmiş məşhurların reytinqi tərtib edilmişdi. Həmin sorğunun nəticələrinə görə, birinci yeri britaniyalı aktrisa və "Oscar" mükafatı laureatı Helen Mirren tutub. İkinci yerdə isə cavanlaşdırıcı prosedurlardan imtina etmiş Böyük Britaniya kraliçası II Yelizaveta tutub. Üçüncü yerdə isə amerikalı müğənni Madonna gəlirdi. (Sputnik)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












