Qobustanda mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO - VİDEO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.
Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1 000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














