Qobustanda oğurluq edən şəxsdə narkotik aşkarlanıb - FOTO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxsdən müxtəlif növ narkotik vasitələr də aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Təklə Mirzəbaba kəndindən yerləşən evlərin birindən müxtəlif məişət əşyaları və ov tüfəngi oğurlayan Qahir Şərfalıyev tutularaq istintaqa təqdim olunub. Q.Şərfalıyevin sərnişin qismində əyləşdiyi avtomobildə olan ona məxsus çantadan ov tüfəngi, patronlar və 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Polis Şöbəsində həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə narkotik vasitə olan heroin və şprislər aşkarlanıb.
Araşdırma zamanı Q.Şərfalıyevin oğurladığı əşyaları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığı məlum olub.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT













