Qoruqda gizlənən yol polisləri- FOTOLAR

Bakı-Astara magistral yolunda xidmət aparan Dövlət Yol Polisi (DYP) əməkdaşları sürücülərin radara yaxalanmasına nail olmaq üçün fantazaiyalarına güc verərək daha bir maraqlı üsula əl atıblar. Belə ki, DYP əməkdaşları Bakı-Astara magistral yolunda sürət həddini aşan sürücüləri cərimələmək üçün dövlət təbiət qoruğunun ərazisində sözün əsl mənasında səngər qazaraq gizləniblər. Yol polislərinin həmin səngəri Salyan rayonu ərazisindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org saytına məlumat verən sürücülərin sözlərinə görə, DYP əməkdaşları əvvəlcə göz qabağında olur, necə deyərlər, açıq-aşkar xidmət aparırmışlar. İkitərəfli yolda sürətlə hərəkət edən sürücülər də bir-birlərinə işıq siqnalları ilə “qabaqda yol polisi var” deyə işarə ilə xəbər verirmişlər. Sürücülərin bu bicliyi isə polis əməkdaşlarını “əliboş” qoyurmuş. DYP əməkdaşları da çarəni bir hissəsi Salyan rayonunun ərazisinə düşən Şirvan qoruğunda gizlənməkdə tapıblar. DYP əməkdaşları qoruğun qapısını açaraq içəri giriblər. 10 YP 863 dövlət nömrə nişanlı avtomobillə qoruq ərazsində gizlənən polislər yolun kənarında radar qurublar. Bununla da onlar trasda sürət həddini aşan maşınları asanlıqla müəyyən edib saxlayırlar.
Məlumatı verən sürücülər onu da bildirir ki, yolun bu hissəsində radar olması ilə bağlı heç bir xəbərdarlıq nişanı yoxdur və polis əməkdaşları da gizli şəkildə radar quraraq sürücüləri cərimələyirlər. Bu isə qanunla qadağan edilir.
Qeyd edək ki, təqdim etdiyimiz fotolar iki gün əvvəl çəkilib. Amma məlumatı verən sürücülər yol polisi əməkdaşlarının həmin ərazidəki “səngərdə” yenə də gizli xidmət apardığını bildirir.
Xatırladaq ki, DYP əməkdaşlarının ağac arxasında gizlənməsi, mülki maşınlarda, hətta uzunqulağın belində radar quraşdırması halları yeni deyil. Hətta bu cür əməllərinə görə vəzifədən kənarlaşdırılan polis əməkdaşları da olub. Amma belə hallar digərlərinə görk olmur...
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













