Quba-Xınalıq yolundakı körpü uçub

Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub.
Avtosfer.az xəbər verir ki, körpü intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində dağılıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisə bir müddət əvvəl baş verib və hazırda bununla bağlı layihə hazırlanıb: “Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq.
Hazırda vətəndaşların istifadə etməsi üçün alternativ olaraq yolumuz var. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər. Qısa müddətdə yeni körpünün də tikintisinə başlanılacaq”.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












