Qubada “cəhənnəm körpüsü” – İnsanlar göz görə-görə həyatlarını təhlükəyə atırlar - VİDEO

Çayın üzərində körpü var, amma necə deyərlər, olmasa ondan yaxşıdır. Çünki bu körpüdən istifadə edənlər göz görə-görə həyatlarını təhlükəyə atırlar. Söhbət Qubanın Təngəaltı kəndini 2 yerə bölən çayın üzərindəki körpüdən gedir. Kəndin yaşlısı var, uşağı var, xəstəsi var. Kadrlarda da görəcəksiz, belə bir vəziyyətdə olan körpüdən necə istifadə edəsən?
Kəndi iki yerə bölən çayın üzərindəki bu körpü real təhlükə saçır. 50-dək ailənin istifadə etdiyi taxta körpü hər an aşa və insan ölümünə səbəb ola bilər. Bura Quba rayonunun Təngəaltı kəndidir. 200-ə yaxın sakin kəndin mərkəzinə gəlmək üçün hər gün həyatını riskə atır. Çünki üzərindən keçdikdə körpü yırğalanır. Amma yaşlı və uşaq demədən onlar bu riski gözə almağa məcburdurlar.. Bu körpünü də sakinlər özləri düzəldiblər. Rayon icra hakimiyyətinin ərazi üzrə kənd icra nüməyəndəsi açıqlamasında qəzalı körpülərin bərpa olunacağını bildirdi. Onu da qeyd edək ki, Təngəaltı rayonun turizm sarıdan əlverişli kəndlərindən biridir. Hər il bura minlərlə yerli və xarici turistlər gəlir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











