Qubada sel körpünü uçurub, bir neçə kəndlə əlaqə kəsilib - FOTO

Mayın 24-dən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayon ərazisində bir sıra fəsadlar törədib.
Avtosfer.az-ın xəbərinə görə, Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulmuş, körpü qəzalı vəziyyətə düşüb.
Yaranan vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilib, aidiyyəti üzrə tapşırıqlar verilib, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilib.
"Report"
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO















