Qubada xırdabuynuzlu heyvanlar tələf olur

Quba rayonunda qoyunlar arasında tələfat qeydə alınıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus 5 təsərrüfatda baş verib.
Belə ki, təsərrüfat sahibləri bildirirlər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşamda tövləyə salınır. Bu dəfə isə heyvanları otarmaq üçün tövlənin qapsın açdıqda çox sayda xırdabuynuzlu heyvanların tələf olduqnu görüblər.
Həmçinin təsərüfatlara məxsus digər qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib.
Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə baxış keçirilmədiyi bildiriliblər.
Baş vermiş heyvan təlafatı ilə bağlı Vəlvələ kənd Bələdiyyəsinin sədri Saatmirzə Məmmədov "Unikal"ın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə bu hal qeydə alınıb:
"Kəndin qoyun sürüsü növbəli şəkildə yerli sakinlər tərəfindən otlaq sahələrində otarılır. Heç vaxt belə hadisə olmayıb kənddə. Bu baş verən hadisə bizi də narahat edir. Heyvanları ölən şəxslərlə birgə mən də gedib qoyunların otladıqları əraziyə baxış keçirdik. Kənd ərazisindən kənarda, otlaq ərazisinin yaxınlığına, kimsə gətirib çürümüş buğda qalıqları töküblər. İlkin ehtimala görə, heyvanlar çürümüş buğdadan zəhərləniblər".
Faktla bağlı araşdırma aparılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












