Qudyalçayın üzərindəki körpünün istifadəyə veriləcəyi vaxt məlum old - VİDEO - FOTO

Xaçmaz şəhərində, Qudyalçayın üzərində inşa edilən yeni körpü istifadəyə demək olar ki, hazırdır. Artıq yeni körpünün panelləri yerinə qoyulub, üzərinə beton tökülüb. Hazırda körpünün üzərində hər iki tərəfdə istinad divarları qurulur. Eni iki metr olan piyada keçidləri də hazırlanır.
Bizim.media-nın əməkdaşı körpünün üzərində görülən işləri müşahidə edib.
Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, yeni körpünün uzunluğu 64, eni 12 metrdir:
“Hazırda son tamamlama işləri görülür”.
Onun sözlərinə görə, körpü dekabr ayında sürücülərin istifadəsinə veriləcək.
Xatırladaq ki, Qudyalçay üzərindəki körpü bu il sentyabr ayının 15-də uçub.
Körpü uçandan sonra müəyyən söküntü, hazırlıq işləri görülüb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal yeni körpünün inşasına başlayıb.
Birbaşa agentliyin sədri Saleh Məmmədovun nəzarətində olan yeni körpünün inşası hava şəraitinin normal olması səbəbindən maksimum sürətlə, həm də keyfiyyətlə aparılıb. Mütəxəssislərin məlumatına görə, yeni körpünün dayaqları əvvəlki körpüdən daha möhkəm və uzunmüddətli inşa edilib.
İndi Qudyalçayın üzərindəki körpünün dayaqları betondan deyil, dəmirdən qoyulub və içərisi betonla doldurulub.
Bir sözlə, sürücülərin səbirsizliklə gözlədiyi körpü tezliklə istismara veriləcək.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












