Qusar polisi əməliyyat keçirib, saxlanılanlar var - FOTO

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı Ş.Ağakərimov həmin narkotik vasitəni Kamran adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən tədbirlərlə rayon sakini Kamran Hacıbabayev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Bundan başqa, RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik birkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb.
Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə (kannabis) bitkilərini əkib-becərdiyi müəyyən edilib.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












