Qusarda polis əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində cəsarətlə vuruşaraq şəhidlik zirvəsinə ucalan, eləcə də bu döyüşlərdə sağlamlıqlarını itirən igidlərimizin ailələrini ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində yaşayan 37 şəhid ailəsini və 13 qazini ziyarət ediblər. Görüşlərdə şanlı qələbəmizin tariximizin parlaq səhifələrini təşkil etdiyini qeyd edən polis əməkdaşları hər bir soydaşımızın vətən torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir.
Görüşlərin sonunda şəhid ailələrinin doğmalarını, ailə üzvlərini narahat edən məsələlər dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilər diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür ediblər.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA


















