Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər

Gənclər və İdman Nazirliyinin ötən axşam 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, nominasiyalar üzrə qaliblərlə yanaşı, "Buta Palace"da təşkil olunan qala gecəsinə dəvət olunan qonaqlar da birmənalı qarşılanmayıb.
Nazirliyin mərasimdə özünün çevrəsində olan şəxslərə üstünlük verdiyi, qalibləri də istisnalar olmaqla məhz bu kriteriyalar üzrə seçdiyi bildirilir.
Tədbirdə gözə dəyməyənlər arasında tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də olub.
Nazirliyin "qara siyahısı"nda olduğu bildirilən dünyaşöhrətli idmançı qala-qala tədbirə Şükran Soltanov kimi bloqerlərin dəvət edilməsi bu iddiaları daha da gücləndirib.
Məsələ ilə bağlı Teleqraf-a açıqlama verən Rafael Ağayev tədbirə dəvət edilməməsinin səbəbini bilmədiyini deyib:
"Bu barədə danışmaq istəmirəm. Səbəbini bilmirəm. Tədbirdə məni görmədiniz, bundan sonra görərsiniz. Bloqerlərin, hər birinin Allah köməyi olsun. Mən heç nə danışmayacam. Allah hər kəsi uca eləsin". (Teleqraf.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












