Rahat yol var, marşrut yoxdur - VİDEO

Yolun kənarında dayanan sərnişin tanış maşın gözləyir ki, onu 3 kilometr aralıdakı evlərinə aparsin. Bura Sabunçu rayonu Savalan qəsəbəsidir. Qəsəbənin bir tərəfinə marşrut avtobusu işləsə də, 2 minə yaxın evin olduğu digər tərəfə sərnişin avtobusu gəlmir. İnsanlar marşruta minmək üçün uzun məsafəni piyada gəlmək məcburiyyətində qalır.
Sözügedən əraziyə asfalt yol da çəkilib. Yəni ki, avtobusların hərəkəti üçün də problem yoxdur. Buna görədə sakinlər yaşayış massivinə yeni xəttin çəkilməsini, yaxud da, bir qədər aralıda dayanan 139 saylı marşrutun bura qədər uzadılmasını istəyirlər.
Qəsəbənin digər istiqamətinə işləyən 139 saylı marşrut xəttini işlədən şirkətin nümayəndəsi deyir ki, onlar yol narahat olduğu üçün həmin əraziyə getmirlər. Halbuki yol gördüyünüz kimi təmiz asfaltdır.
Əlac qalır yeni marşrut xəttinin çəkilməsinə. Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, Nazirlər kabinetinin 141 saylı qərarına əsasən yeni xəttin açılması üçün ərazidə avtomobil yolunun vəziyyəti və sərnişin axını təhlil edilməlidir. Bunun üçün isə mütləq sakinlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir. Müraciət olarsa müvafiq addım atılacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












