Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər".
Avtosfer.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "REAL İntervyu" verilişində çıxışı zamanı Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Qədr gecəsinin dini ayinləri də canlı yayımlanacaq:
"Pandemiya dövründə məscidlərdə ayinləri icra etmək mümkün deyil. Ancaq müvafiq maarifləndirmə işləri aparılacaq".
Ş.Həsənli bildirib ki, pandemiyadan xilas olmağın yolu epidemioloji tələblərə riayət etmək və vaksinasiyadır:
"Ramazanda oruc tutmaq vacibdir, ancaq kütləvi iftar mərasimlərində iştirak etmək vacib deyil".
QMİ rəsmisi Ramazan ayında oruclu insanların vaksinasiyasının batil olub-olmamasına aydınlıq gətirib:
"Oruc halında vaksin vurulması insanın səhhətinə ziyan vurmur. Bu barədə həkimlə məsləhətləşmişəm. Mən də vaksin olunmuşam. Birinci doz vurulanda oruclu idim. Həkimlər dedi ki, bununla bağlı heç bir problem yoxdur.
Eyni zamanda, peyvəndləmə orucu da pozmur. İnsan oruc halında iynələrdən, vaksinlərdən istifadə edə bilər".
Məscidlər bağlı olduğu üçün Ramzanda fitrə-zəkatın necə verilməsi barədə suala aydınlıq gətirən Ş.Həsənli bildirib ki, insanlar yaxın ətrafda olan yoxsul insanlara kömək edə bilərlər:
"Bunun məscidlərə ödənməsi vacib deyil. Sadəcə, məscidlərdə müəyyən icmalar vəsaiti toplayıb, siyahı üzrə yoxsul insanlara çatdırırdılar. Hər bir insan öz fitrə-zəkatını özü də ödəyə bilər".
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










