Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı - FOTO

Növbədənkənar parlament seçkilərində 119 saylı Ağdam Seçki Dairəsindən namizəd Şəbnəm Səfərova rəqiblərindən üstün görünür.
Avtosfer.az xəbər verir ki, "Ağdam TV" və "Ağdam" sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri sorğuda o, rəqiblərini qabaqlayaraq ilk pillədə yer alıb. Şəbnəm Səfərova seçicilərlə keçirdiyi silsilə görüşlərlə və KİV-də apardığı uğurlu kampaniya ilə də fərqlənir.
Xatırladaq ki, 119 saylı Ağdam Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir. Sözügedən dairədə əsas mübarizənin Şəbnəm Səfərova, "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov və sabiq deputat Bəxtiyar Əliyev arasında keçəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.
(metbuat.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













