Rayonda kortejlə gəzən icra başçısı - İDDİA

Adətən Prezidenti, Baş naziri və bəzi nazirləri mühafizə xidmətinin maşınlarından ibarət kortejlərin müşayiət etməsinin şahidi oluruq. Lakin bəzi hallarda aşağı vəzifələr tutan bir sıra məmurları da kortejdə görmək olur. Modern.az saytına Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhər daxilində kortejlərdən istifadə etməsi haqqında məlumat daxil olub. Bu barədə Şəmkir rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır.
Maraqlıdır, icra başçısının belə mühafizə olunmasına ehtiyac varmı?!
Bu suala cavab almaq, daha doğrusu, yerli sakinlərin iddialarının nə qədər doğru olub-olmadığını öyrənmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla əlaqə yaratmağa cəhd etdik. Ancaq cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.
Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrında Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinatadək o, Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, A.Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu. A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi. A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












