“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlimlər keçilir - FOTO

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 15 may 2024-cü il tarixində “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçilmişdir.
Avtosfer.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək bütün dünyada nüfuzlu media qurumlarının peşə etikası qaydalarını ehtiva edən kodeks əsasında işlədiyini, Azərbaycanın peşəkar mətbuatının da eyni yolu izlədiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müasir informasiya mühitində operativ və effektiv məlumatlandırmanın media ilə aparıldığını nəzərə alaraq, redaksiya siyasətini müəyyənləşdirən bu kodekslər media qurumunun məqsədini, rəhbər tutduğu dəyərləri, yürütdüyü missiyanı həm öz əməkdaşları, həm də cəmiyyət üçün aydın formada təsvir edir. O qeyd edib ki, media cəmiyyətdə ictimai fikri, sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir, bu mənada jurnalist hazırladığı materialı qərəzsiz və obyektiv təqdim etməli, birtərəfliliyə yol verməməlidir.
Üçüncü və dördüncü sessiyalarda isə Natiq Məmmədli tərəfindən “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop təşkil olunub və ətraflı fikir mübadiləsi aparılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident





















