RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq

Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
“Dəhlizin tamamlanması üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmiryolu layihəsi var. Bu layihənin tezliklə tamamlanmasında maraqlıyıq. Bu dəmiryolu xətti bizim Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə daşımalarımızın artmasında çox böyük rol oynayacaq. Gördüyümüz işlər Azərbaycanın regional tranzit potensialının artırılmasına yönəlib” - nazirlik rəsmisi əlavə edib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












