Robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatıq

ABŞ Konqresi yaxın gələcəkdə Çinin odlu silahlarla təchiz olunan robot-itlərinin mümkün döyüşlərdə istifadə oluna biləcəyindən narahatlığını ifadə edib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi büdcə layihəsinə düzəlişlər təklif edib. Düzəlişlər Pentaqonu gələcəkdə baş verə biləcək mümkün münaqişələrdə Çinin silahlarla təchiz olunan robot-itlərdən istifadə edilməsi təhlükəsinin qiymətləndirilməsinə yönəlib. Qanunvericilər belə robotların “ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcəyindən” qorxurlar.
Aşağı palatada yekdilliklə dəstəklənən dəyişikliyin bundan sonra bir neçə həftə ərzində Senat tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, Çin bu mövzu ilə bağlı video yayımladıqdan sonra amerikalı konqresmenlər robot-itlərlə mübarizə ilə bağlı vəziyyətə diqqət yetirmək qərarına gəliblər. May ayında yayımlanan videoda avtomatik tüfənglə silahlanan 15 kiloqramlıq robot-it nümayiş olunub. Robotu idarə edən çinli əsgər qurğunun avtonom şəkildə bir çox tapşırıqları yerinə yetirə bildiyini və şəhər mühitində döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulduğunu deyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












