Ruhiyyə Əliyevanın "Qaranlıqda həqiqət"i

"Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva yeni layihəsi ilə ekranlara gəlir.
Bu barədə Ruhiyyə Əliyeva qısaca da olsa, saytımıza açıqlama verib:
"Bu mənim çoxdanki ideyam idi. Neçə vaxt idi ki, bu barədə düşünürdüm. Azərbaycanın ən sayılıb-seçilən və savadlı, bir sözlə işıqlı insanlarının görünməyən tərəfləri, daxili aləmləri, insan və cəmiyyət haqqında fikirlərini bilmək məncə hamı üçün maraqlı olacaq. Həqiqəti söyləmək həmişə çətindir. Bəzən həqiqəti demək bizə əngəllər yaradır. Cəsarətli insanlar isə bundan qorxmur. "Qaranlıqda həqiqət" layihəsi məncə çox həqiqətləri işıqlandıracaq. Bu layihə üzərində böyük bir komanda işləyir. Komandamın hər bir üzvünə və qonaqlarıma şəxsən təşəkkür edirəm. Hər həftənin cümə günü, saat 21:30-da RTV kanalında "Qaranlıqda həqiqət"i izləyə bilərsiniz. Əminəm ki, tamaşaçılar üçün çox maraqlı olacaq".
Xatırladırıq ki, verilişin anonsu bu gün yayımlanacaq.
(news24.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












