Rusiya Azərbaycan vasitəsi ilə dəmir yolu daşımalarını 37 % artırıb

Bu ilin mart ayında Rusiyadan ixrac dəmir yolu daşımalarının strukturunda 4 ölkəyə taxta tədarükü kəskin artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə meşə uçotu və meşə idarəçiliyi vəzifələrinin kompleks həllində ixtisaslaşan ümumrusiya təşkilatı “Roslesinforq” məlumat yayıb.
Martda bu sahədə ən çox artım Belarus (181 %), Türkiyə (163 %), Azərbaycan (37 %) və Misir (23 %) istiqamətlərində olub.
Hesabat dövründə Avropa sərhədlərinin keçməsi ilə əlaqəli olmayan, bütün istiqamətlərdə mişar ağacının daşınmasında artan tələbat müşahidə olunub. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında iki dəfə artım olub.
Eyni zamanda, əgər əvvəllər Türkiyəyə tədarükün yarıdan çoxu (əsasən mişarlanmış taxta və faner) Sankt-Peterburq dəniz limanlarından (St. Şuşarı və Avtovoy) və Krasnodar diyarından (Novorossiysk və Yeysk limanları) keçirdisə, indi sanksiyalar səbəbi ilə yerli ağac daşıyıcıları əhəmiyyətli həcmdə beynəlxalq taxta tədarükü həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldib. Yük Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə Türkiyəyə gedir.
Ötən il xaricə taxta yüklərin daşınmasının təqribən 65 %-ni dəmir yolu ilə həyata keçirilib. Eyni dövrdə 40 milyon tondan çox taxta daşınıb.
“Report”
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












