Rusiya “İsgəndər”ləri bu ölkənin sərhədində yerləşdirdi

Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib.
Bu barədə Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhədi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir.
Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Urağan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, dünən “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaratdığı ilə bağlı məlumat yaymışdı.///Axar.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












