Rusiya Prezidenti Səyyad Əliyevi təltif etdi - FOTO

Rusiyada yaşayan həmyerlimiz təltif edilib.
Avtosfer.az xəbər verir ki, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya Prezidentinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif olunub.
Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. Əmək fəaliyyətini 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəsissə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.
Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun “Dubrovskoe şəhər qəsəbəsi”nin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə “Dubrovskoe şəhər qəsəbəsi”nin birinci və ikinci çağırış başçısı vəzifəsinə seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə isə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S.Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir.
Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












