Rusiyada 16 nəfərlik turstik qrup qar uçqunu altında qalıb, 13-ü uşaqdır

Rusiyanın Murmansk vilayətinin Oleneqorsk şəhəri ərazisində qar uçqunu olub. Nəticədə xüsusi vasitələrlə təchiz olunmamış turistlərdən ibarət qrupun qar uçqununun altında qaldığı ehtimal olunur.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Oleneqorsk şəhərinin rəhbəri Oleq Samarski açıqlama verib. Onun sözlərinə görə, qar uçqunu nəticəsində xəsarət alanlar ola bilər.
“Oleneqorsk yaxınlığında qar uçqunu olub. Orada 15 nəfərdən ibarət qrupun olması güman edilir. Onların hansı cığırla getdikləri hələlik məlum deyil. Hadisə yerində xilasedicilər çalışır”, - Samarski belə deyib.
İstintaq Komitəsinin bölgə üzrə rəsmilərinin verdiyi məlumata görə, uçqun baş verən ərazidə azyaşlıların ola biləcəyi ehtimal edilir: “Rusiya Federasiyası İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq İdarəsinə məlumat daxil olub ki, İmandra stansiya bölgəsində nəzarət olunmayan marşrutda turistlərdən ibarət qrup qar uçqununun altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Rusiya İstintaq Komitəsinin müstəntiqi və məhkəmə ekspertləri hadisə yerinə yollanıblar. Xəsarət alanların arasında azyaşlılar da ola bilər”.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, uçqun altında uşaq var. Orada 13-ü uşaq olmaqla daha 15 nəfər ola bilər: “Turistik qrup 16 nəfərdən ibarətdir, onlardan 13-ü yetkinlik yaşına çatmayanlardır”.
Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib. Mənbənin verdiyi məlumata görə, turistlər bir marşrut seçsələr də, başqa bir marşrutla gediblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












