Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs 19 il azadlıqdan məhrum edildi

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən Volqoqrad sakini barədəsində məhkəmə qərarı məlum olub.
17 yaşlı Timur Qavrilovu qətlə yetirən 22 yaşlı Rusiya vətəndaşı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarına əsasən, 2020-ci il iyunun 13-nə keçən gecə Voroşilov rayonu ərazisində Azərbaycan vətəndaşı olan yeniyetmənin meyiti tapılıb. Mütəxəssislər onun bədənində çoxlu nüfuzedici bıçaq yaraları aşkar ediblər.
Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlamağa nail olublar. Belarusda gizlənən hücum edən şəxs Smolenskdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, V.Vasilyevin qanunsuz olaraq odlu silah hazırlaması və saxlaması da müəyyən edilib. O, törətdiyi əməllərə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və əlavə 100 min rubl cərimə ödəməyəcək. Məhkəmə həmçinin zərərçəkmiş tərəfin 1,7 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbini təmin edib.
Qeyd edək ki, Timur Qavrilov Volqorad Tibbi Universitetinin I kursunda təhsil alırmış. Dostlarıgildən gələn Timur 20 bıçaq zərbəsi ilə qətlə yetirilib.//oxu.az
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












