Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olundu

Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.
Qarayevin dələduzluqda şübhəli bilinərək saxlanıldığı qeyd olunub.
O, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir. Vəkil barəsində artıq məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ələkbər Qarayevin və tanışlarının Sibiryak Tikinti Şirkətinin (Krasnoyarsk diyarının ən böyük inşaatçısı) prezidenti Vladimir Yeqorovdan rüşvət aldığı iddia olunub.
Maraqlıdır ki, Yeqorovun özü də hazırda dələduzluq ittihamı ilə ev dustaqlığındadır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












