Rusiyada daha bir tələbə qətliamının qarşısı alınıb

Rusiyanın Krasnoyarsk diyarının Krasnoturanski rayonundakı Cənub Aqrar texnikumunda oxuyan 18 yaşlı tələbə öz qrup yoldaşlarını öldürməyi planlaşdırıbmış.
Faktla bağlı cinayət işi başlanıb.
FTB məlumatı təsdiqləyib.
Bildirilir ki, o, cinayət barədə 2020-ci ildə düşünüb, cari ilin sentyabr ayında isə həyata keçirmək istəyib. Bu məqsədlə aerozol və patronlardan silah hazırlayıb, həmçinin bıçaqdan istifadə etməyi fikirləşib.
İstintaqın versiyasına görə, qanlı plana səbəb gəncin onu alçaldan və təhqir edən tələbə yoldaşları ilə münaqişəsi olub.
Hazırda gənc psixoloji xəstəlik şübhəsi ilə regional psixonevroloji dispanserdə müayinə olunur.
İstintaq aparılır, onun həbs olunması məsələsi müzakirə olunur.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın başqa bir şəhərində tələbə öz oxuduğu universitetə silahlı basqın etmişdi. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb./oxu.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












