Rusiyadan Azərbaycana uçuşlar artıb

Rusiyadan Azərbaycana uçuşların sayı artıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Qeyd edilir ki, yay mövsümü ərəfəsində Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcıları üçün xaricə uçuşlar üçün 53 icazə verib. Əgər əvvəlki illərdə Avropa kurortlarına uçuşlar öndə idisə, hətta COVID-19 pandemiyasının tüğyan etdiyi İtaliyaya uçuşlara icazə verilirdisə, indi siyahıda qonşu ölkələr, ilk növbədə, Qafqaz və Mərkəzi Asiya, Azərbaycan, Qırğızıstan üstünlük təşkil edir.
“Utair” və “İr Aero” Azərbaycana uçuş icazəsini Sankt-Peterburqdan, “Utair”, “Aeroflot” və “Rossiya” isə Moskvadan alıblar.
Rusiya martın 9-dan Azərbaycana uçuşlar üçün koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırıb. Aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, siyahıdakı turistik ölkələrin sayı o qədər də çox deyil. Bunlar Türkiyə, Tailand, Vyetnam və digərləridir.
Türkiyəyə ən çox “Utair” icazə alıb - Moskvadan Antalyaya həftədə 7 dəfə uçuşlar üçün aviadaşıyıcı həm də Samara, Ufa, Tümen, Surqut və Yekaterinburqdan kurorta uça biləcək; Ufa və Samaradan da daşıyıcıya İstanbula uçmağa icazə verilir.
Tailand istiqamətində uçuşları Uzaq Şərqdən “Red Wings” aviaşirkəti həyata keçirir. Vladivostokdan Pxuket və Banqkoka, Xabarovskdan Banqkoka uçuşlara icazə verilib.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












