Rusiyadan Ermənistana uçan təyyarədə sərnişin ölüb
Xəbərlər
3 Yanvar 2025 15:19

Rusiyadan Ermənistana uçan təyyarədə bir kişi vəfat edib.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə reysi həyata keçirən "Armenian Airlines" aviaşirkətinin Mətbuat Xidməti xəbər verib.
Bildirilir ki, hadisə Moskva-İrəvan reysində baş verib.
Uçuş zamanı sərnişinin vəziyyəti kəskin pisləşib. Reysdən əvvəl o, aviaşirkət nümayəndələrinə səhhəti ilə bağlı problemlər barədə məlumat verməyib.
"50 yaşlı sərnişinə təkcə bort bələdçiləri deyil, həmin reyslə uçan iki həkim də yardım göstərib, lakin kişini xilas etmək mümkün olmayıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edilir ki, hazırda təyyarə İrəvanın "Zvartnots" hava limanındadır, hüquq-mühafizə orqanları istintaq tədbirləri həyata keçirirlər.
Oxunub : 664
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












