Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı

Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a verilən məlumata görə, aparılmış ekspertizanın nəticələrinə əsasən “Агрохмель” şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə xəstəliyi aşkarlanıb.
Zərərli orqanizm aşkarlanmış toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.
Bununla əlaqədar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiyanın “Агрохмель” ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına bu il mayın 6-dan müvəqqəti qadağa tətbiq edilib.
Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Əkin sahələrinə düşdüyü halda uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.
qafqazinfo.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












