Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO

“Chrome” brauzeri Rusiyadan olan istifadəçilər üçün “Android” əməliyyat sistemində yeniləməni dayandırıb.
İstifadəçilər problemlər barədə mayın 9-dan məlumat verirlər. Onlar “Google Chrome” brauzerini və digər proqramlarda veb səhifələrin göstərilməsinə cavabdeh olan “Android System WebView” sistem komponentini yeniləyə bilmirlər. Cihazlarda “Tətbiqi yükləmək mümkün deyil” mesajı görünür.
“Google” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edilir ki, “Apple” kompüterləri və cihazları üçün “Chrome” həmişəki kimi yenilənir. Xatırladaq ki, mayın 6-da “Google Play” Rusiyada tərtibatçılara ödənişli proqramları yükləməyi və yeniləməyi qadağan edib. Bundan əvvəl - mart ayında isə “Play Store”da alış və abunəlik ödənişləri dayandırılmışdı.
Mənbə: vc.ru
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












