Rusiyalı milyarderlərin - TOP-10-luğu

"Forbes" jurnalı 2020-ci ildə aktiv satışlardan və ya dividendlərdən əldə etdikləri gəlirə görə Rusiya milyarderlərinin reytinqini dərc edib.
"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, reytinqə "Severstal"ın əsas sahibi Aleksey Mordaşov başçılıq edir. Onun və ailəsinin gəlirləri keçən il təxminən 25% artaraq 1,7 mlrd. ABŞ dollarına çatıb.
Reytinqin ilk üçlüyündə gəlirləri 1,48 mlrd. dollar olan NLMK qrupunun İdarə Heyətinin sədri və əsas səhmdarı Vladimir Lisin və gəlirləri 1,43 mlrd. dollar təşkil edən "USM Holdings"in rəhbəri Əlişir Usmanov daxil olub.
İlk beşliyi "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov (1,14 mlrd. dollar) və senator Süleyman Kərimov və ailəsi (922 mln. dollar) qapadır.
2020-ci ildə ən çox gəlir əldə edən milyarderlər siyahısında "Nornikel" mədən-metallurgiya şirkətinin rəhbəri və benefisiarı Vladimir Potanin (897 mln. dollar), Andrey Skoç və ailəsi (875 mln. dollar), Viktor Raşnikov (828 mln. dollar), Gennadi Timçenko (788 mln. dollar) və Roman Abramoviç (645 mln. dollar) də yer alıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












