Rusiyalıların olduğu gəminin ekipajı Finlandiyada saxlanıldı

Finlandiyada “Fitbur” adlı gəminin dənizçiləri sualtı kabelin zədələnməsində şübhəli bilinərək saxlanılıb. Gəmidə Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, istintaqın gedişi barədə Finlandiya polisi məlumat yayıb.
Məlumata görə, gəmidə istintaq hərəkətləri aparılıb. Mərkəzi Kriminal Polisin baş müstəntiqi Risto Lohi bildirib ki, dənizçilər istintaqla əməkdaşlığa hazırdırlar. Eyni zamanda gömrük orqanları tərəfindən yoxlama aparılıb və daşınan yüklər sanksiya rejiminin pozulması ehtimalı ilə müsadirə edilib.
İki nəfər barəsində həbs qətimkan tədbiri seçilib, daha iki nəfərin isə ölkədən çıxışına qadağa qoyulub.
Finlandiya hakimiyyəti artıq Rusiya səfirliyini yük gəmisinin saxlanılması ilə bağlı məlumatlandırıb. Bildirilib ki, ekipaj üzvləri arasında Rusiya vətəndaşları da var. Diplomatik nümayəndəlik vəziyyəti izləyir və zərurət yaranacağı təqdirdə konsulluq yardımı göstərməyə hazırdır.
Finlandiya hüquq-mühafizə orqanları Rusiyadan İsrailə doğru hərəkət edən yük gəmisini Finlandiya körfəzində sualtı telekommunikasiya kabellərinin zədələnməsi şübhəsi ilə saxlayıb. Gəmidə ümumilikdə 14 ekipaj üzvü olub — onların arasında Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları var.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












