Rusiyaya gedənlərin nəzərinə: QANUNLAR DƏYİŞİR

Rusiyadakı əcnəbilərə bir neçə gəliş məqsədi göstərməyə, həmçinin müstəqil olaraq turizm səfərləri etməyə və tibbi xidmət almağa icazə verilə bilər.
Avtosfer.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov tibbi və sağlamlıq turizmi üzrə beynəlxalq konqresdə bildirb.
Onun sözlərinə görə, qurumun hazırladığı yeni qanun layihəsində əcnəbilər icazə verilən müddət ərzində Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə bilərlər.
"Digər gəliş məqsədlərini (məsələn, iş və təhsil) birləşdirmək imkanı mümkündür", - deyən rəis müavini qeyd edib ki, gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək.
Eyni zamanda Adzinov bildirib ki, Rusiyada müalicə almaq üçün xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.
"Yenilik olaraq, müalicə üçün Rusiyaya gələn xarici vətəndaşa və onu müşayiət edən şəxsə adi bir tibbi viza veriləcək", - deyən Adzimov onu da əlavə edib ki, həmin vizanın müddəti bir illik olacaq.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












