Saatlı və Sabirabadda karantin qaydalarını pozanlar cərimələnib - FOTO

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar. Sakinlərə pandemiyanın törədə biləcəyi ağır fəsadlar barədə geniş məlumatlar verən şöbə əməkdaşları, onlara COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə biganə qalmamağa çağırır, özlərinin və yaxınlarının sağlamlığı üçün qapalı məkanlarda daxil olan zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələrinin vacibliyini barədə tövsiyələr verirlər.
Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan

















