Saatlıda narkokuryer Müqəddəs və Ağarəhim tutuldu: heroin, marixuana, “Makarov” - FOTO - VİDEO

Saatlıda iki narkokuryer saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













