Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib - FOTO
Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu Anar Məmmədovun il mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, Rayonun Mustafabəyli kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Saatlı RPŞ-nin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə əklil qoyulub və ruhuna dualar oxunub. Daha sonra isə mərasimdə iştirak edənlər Vətən uğrunda canından keçən hərbi qulluqçunun şərəfli ömür yolundan danışaraq, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.
Qeyd edək ki, Anar Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












