Sabah parlamentin 15 komitəsinin üzvləri bəlli olacaq - SİYAHI

VII çağırış Azərbaycan Respublikası Milli Məclisi öz işinə başlayır.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, 2024-cü il payız sessiyasında ilk iclas sabah, sentyabrın 30-da keçiriləcək.
Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.
Qeyd edək ki, qanuna görə, hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.
Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.
İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq. Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var. Ötən iclasa komitələrin sədrləri və sədr müavinləri seçilib. Sözügedən komitələr və sədrləri aşağıdakılardır:
1. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - sədr Azər Əmiraslanov, sədr müavini Azər Badamov.
2. Elm və təhsil komitəsi - sədr Anar İskəndərov, sədr müavini Fariz İsmayılov.
3. Regional məsələlər komitəsi - sədr Siyavuş Novruzov, müavini Nurlan Həsənov.
4. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - sədr Arzu Nağıyev, müavini Qüdrət Həsənquliyev.
5. İnsan hüquqları komitəsi - sədr Zahid Oruc, müavini Arzuxan Əlizadə.
6. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - sədr Sadiq Qurbanov, müavini Fatma Yıldırım.
7. Aqrar siyasət komitəsi - sədr Tahir Rzayev, müavini Razi Nurullayev.
8. Əmək və sosial siyasət komitəsi - sədr Musa Quliyev, müavini Elşad Musayev.
9. Mədəniyyət komitəsi - sədr Polad Bülbüloğlu, müavini Günay Əfəndiyeva.
10. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - sədr Səməd Seyidov, müavini Nigar Arpadarai.
11. Səhiyyə komitəsi - sədr Əhliman Əmiraslanov, müavini Rəşad Mahmudov.
12. Ailə, qadın və uşaq məsələləri komitəsi - sədr Hicran Hüseynova, müavini Jalə Əliyeva.
13. Gənclər və idman komitəsi - sədr Şahin İsmayılov, müavini Könül Nurullayeva.
14. İctimai birliklər və dini qurumlar komitəsi - sədr Fazil Mustafa, müavini Sahib Alıyev.
15. Hüquq siyasəti və dövlət quruculuğu - sədr Əli Hüseynli, müavini Elşən Musayev.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












