Sabah və açılış günü bu yollar bağlanacaq - SİYAHI

Xəbərlər 9 İyun 2015 16:12 Oxunub 1747
Sabah və açılış günü bu yollar bağlanacaq  - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Açılış günü qeyd olunan yollarda gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

12 iyun tarixində başlanacaq Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda Məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

 

Şəmsi Bədəlbəyli küçəsi

Səməd Vurğun küçəsi

Bül-bül prospekti

Rəşid Behbudov küçəsi 

Azadlıq prospekti 

İstiqlaliyyət küçəsi

Niyazi küçəsi 

Şövkət Ələkbərova küçəsi

Triatlon yarışı 

 

Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

 

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

 

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:

10, 11 iyun: 05:00 – 14:00 

13 iyun: 08:30 – 18:30 

14 iyun: 08:30 – 19:00 

 

12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış mərasimi günü, aşağıda qeyd olunan yollarda günorta saat 04.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

 

• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək

 

Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri; 

 

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi 

(https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları

ŞƏRH YAZ
Ad

E-mail

Şərh