Sabahın havası açıqlanıb

Azərbaycanda aprelin 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










