Şabranda evə basqın: Ölənlərin sayı ARTDI - YENİLƏNİB

Şabran rayonunda evə basqın zamanı yaralanan Arif Qaspar oğlu Hüseynov da xəstəxanada ölüb.
Avtosfer.az xəbər verir ki, Bakıda "Neftçilər" xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.
(report)
***
Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüat məlum olub.
Avtosfer.az xəbər verir ki, basqın edən şəxslər ev sahibləri Gülnarə və Arif Hüseynovlara balta ilə baş nahiyələrindən xəsarət yetiriblər.
Nəticədə qadın yerindəcə ölüb, həyat yoldaşının vəziyyəti isə ağırdır. Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb. Evə basqının tam səbəbi istintaqın sonunda məlum olacaq.
Məlumata görə, Gülnarə Hüseynova Şabran şəhərindəki 3 saylı məktəbin müəllimi olub.
Onun fotosunu təqdim edirik:

***
Şabranda evə basqın edənlərdən biri saxlanılıb.
İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
***
Şabran rayonunda evə basqın olub.
Avtosfer.az xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.
İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
(bizim.media)
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












