Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb - VİDEO

Sabunçu rayonunda axtarışda olan silahlı şəxs tutulub.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












