Sabunçuda evdən mühafizə polisləri oğrunu belə tutdu - FOTO - VİDEO

Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Belə ki, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan mənzildən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.
Baxış zamanı evin içərisində olan naməlum şəxs hadisə yerindən qaçmağa çalışıb. Onun bu cəhdinin qarşısı mühafizə polislərinin çevik reaksiyası nəticəsində alınıb. Həmin şəxs əvvəllər məhkum edilmiş Zamin Məmmədov saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.
Saxlanılan şəxsin üzərindən 2 ədəd kəsici alət də aşkarlanaraq maddi sübut kimi götürülüb. Z.Məmmədovun analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












